“Azərbaycanın ən böyük üstünlüklərindən biri məhz bu 4-cü şərtə...”
“Dünən "Masdar" şirkətinin biznes və layihələrin inkişafı üzrə direktoru Abdulla Zayed 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı müxtəlif ölkələrin enerji sistemlərinin inteqrasiyası üçün 3 əsas şərti açıqlayıb. Onun fikrinə görə bunlardan birincisi siyasi konsensus, ikincisi kommersiya və maliyyə modeli, üçüncüsü isə texniki və şəbəkə planlaşdırılmasıdır”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, bunları inkar etmək olmaz, həqiqətən də vacib şərtlərdir:
“Amma bunlar daha çox layihənin tikilməsi və işə salınması üçün lazım olan şərtlərdir. Prosesin davamlı olması üçün isə bu 3 şərt yetərli deyil. Hesab edirəm ki, dördüncü və ən azı onlar qədər vacib olan şərt etimad və qarşılıqlı asılılıq risklərinin idarə olunmasıdır. Çünki enerji sistemi adi ticarət deyil. Bir ölkə enerji təhlükəsizliyinin bir hissəsini başqa ölkələrin davranışından asılı vəziyyətə gətirir. Bu da strateji təhlükəsizlik məsələsi deməkdir. Buna görə də iştirakçı ölkələr arasında uzunmüddətli etimad və öhdəliklərə sadiqlik yoxdursa, ən mükəmməl enerji dəhlizi belə gözlənilən nəticəni vermir. Təsəvvür edək ki, siyasi konsensus var. Maliyyə modeli də qurulub. Həmçinin texniki infrastruktur da hazırdır. İnteqrasiya təmin edilir, hamı sevinir”.
O, bildirib ki, amma bir neçə ildən sonra ölkələrdən biri ixracı məhdudlaşdırır, tranzit ölkə tarifləri dəyişir, regional gərginlik yaranır və enerji milli təhlükəsizlik alətinə çevrilir:
“Deməli, ilk 3 şərt yerinə yetirilsə belə, sistem səmərəli işləməyə bilir. Avropanın son illərdə qaz təchizatı ilə bağlı yaşadığı təcrübə bunu göstərdi. Texniki imkan və kommersiya müqavilələri mövcud idi, lakin tərəflərdən birinin davranışları sistemi alt-üst etdi.Hesab edirəm ki, Azərbaycanın ən böyük üstünlüklərindən biri məhz bu 4-cü şərtə, yəni etibarlı tərəfdaş olmaq və götürdüyü öhdəliklərə sadiq qalmaq prinsipinə daim əməl etməsidir. Məhz bunun nəticəsidir ki, ölkəmiz həm ərəb dövlətlərinin, həm Avropa ölkələrinin, həm də Mərkəzi Asiya dövlətlərinin etimad göstərdiyi ən etibarlı tərəfdaşlardan birinə çevrilib”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
16 Noyabr 2026 17:51
Əmanət faizlərinə gələn ildən vergi tətbiq oluna bilər - Deputat açıqladı
16 Noyabr 2026 16:52
Azərbaycanda bu şəxslərin maaşının artırılması təklif olunur
16 Noyabr 2026 13:20
"Növbəti dövrlərdə iqtisadi artım özəl sektora söykənəcək" - Nazir
16 Noyabr 2026 13:09
Gələn il manatın məzənnəsi necə dəyişəcək? - AMB sədri açıqladı
16 Noyabr 2026 13:07
Taleh Kazımov bankların hazırkı vəziyyətindən danışdı
16 Noyabr 2026 13:05
"Vətəndaşların manata və bank sektoruna inamı artmaqda davam edir" - AMB sədri
16 Noyabr 2026 12:16
Gələn il bələdiyyələrə ayrılacaq dotasiyanın məbləği açıqlandı
16 Noyabr 2026 12:08


Bakı -°C

