İstirahat mərkəzləri niyə gileylənir?
Yaz və yay aylarında Azərbaycanda istirahət mərkəzlərinin çıçəyi çırtlayır. Yəni el dilində demiş olsaq , onların dövlətinin gəlhagəl dövrüdür. Ona görə də əksər istirahət mərkəzlərinin rəhbərləri bu anı- yaz və yay mövsümünü səbirsizliklə gözləyirlər. Bu il onların bəxtlərindən havalar qeyri-sabit keçir.
Təbii ki, belə bir şəraitdə istirahat mərkəzlərinə, eləcə də dənizə gedənlərin sayı əsaslı surətdə azalıb. Bunu istirahət mərkəzlərinin əməkdaşları da deyirlər! Bakıdakı Novxanı çimərliklərindəki istirahət mərkəzlərini icarəyə götürən iş adamları deyir ki, may ayından bu yerləri icarəyə götürmüşük. Amma hava şəraiti əlverişsiz keçdiyəindən çimərliyə gələn yoxdu! Bu isə bizim vəziyyətimizi çətinləşdirir.
Yəni biz birmənalı olaraq , müştərilərin gəlib- gəlməməyindən ası olmayaraq icarə haqqını ödəməliyik! May ayını cibimizdən vermişik, iyunu da bu gün , sabah ödəyəcəyik! Başqa çıxış yolumuz qalmır! Bütün ümidlərimizi bu ayın axırına və iyul və avqust aylarına bağlamışıq! İnşallah, Tanrı bizə kömək olar! İstirahət mərkəzlərini işlədənlər bir həqiqəti yaddan çıxarırlar; onlar müştəri çox olanda gözlərini yumub, ağızlarına gələn qiyməti " oxuyur" lar! Yəni 50 manatlıq yeməyə 100 manat istəyirlər! Bax , bu da istirahət mərkəzlərinə gedənlərin narazılığına səbəb olur.
Ona görə də bir çox insanlar qiymətindən dəfələrlə artıq pul alındığına görə, yenidən həmin yerə getmirlər. Haqqı yeyənlərdən Allahın da xoşu gəlmir. Və Tanrı da haqqı yeyənləri belə cəzalandırır.Bax ,bu, haqqa girənlərə bir ibrət olmalıdı!
Emil FAİQOĞLU
Digər Xəbərlər
10 Iyun 2026 12:45
Kitabxanaçıların maaşı artırılacaq? - Nazir açıqladı
10 Iyun 2026 12:22
Onlayn alış-veriş: Asılılıq, yoxsa sadəcə alış-veriş?
10 Iyun 2026 11:33
“Uşaqların erkən yaşlarda zərərli informasiya axınından qorunması üçün...”
10 Iyun 2026 10:57


Bakı -°C

