Avtomobil yandı...
Son vaxtlar ölkəmizdə bir neçə avtomobilin dayandığı və hərəkət etdiyi yerdə yanması faktı qeydə alınıb! Bu isə çox təhlükəlidir.
Çünki bəzi hallarda avtomobildə baş verən bu yanğın zamanı sürücü və sərnişinlər nəqliyyat vasitəsindən çıxa bilmir və ölümlə nəticələnən hadisə yaranır. Yəni maşındakı insanlar həlak olur.
Bunların qarşısın almaq üçün yol polisi ardıcıl olaraq maarifləndirmə işləri aparır və sürücülərə bildirir ki, hər bir nəqliyyat vasitəsində mütləq yanğınsöndürən avadanlıq olmalıdır.Hətta nəqliyyat vasitələri texniki baxışdan keçirilərkən yol polisi bütün avtomobildə bu avadanlığın olmağını tələb edir və avadanlıq yoxsa , həmin avtomobil texniki müayinəyə qəbul edilmir! Avtomobil üzrə mütəxəssis və usta Nəcəf Əliyev deyir ki, maşınlarda baş verən yanğınlara səbəb nəqliyyat vasitəsində yaranmış qısaqapanmadı.
Onu görə də mütamadi olaraq avtomobillər elektrik ustasının nəzarətində olmalı, mövcud texniki qüsurları vaxtında aradan qaldırılıdı. Bununla yanaşı, hər avtomobildə mütləq yanğınsöndürən avadanlıq olmalıdı.Çünki Allah uzaq eləsin, yanğın baş verəndə yanğın söndərənlər gələnə kimi, maşındakı avadanlıqdan istifadə etmək olar. Və bir də avtomobildə yanğın baş verəndə ətrafdakı insanlar sürücüyə heç bir kömək edə bilmir. Və yeganə çıxış yolu maşındakı yanğınsöndürən olur! Ona görə də hər bir sürücü idarə etdiyi avtomobili saxlamalıdır ki, belə hadisələr baş verməsin!
Emil FAİQOĞLU
Digər Xəbərlər
22 Iyul 2026 15:57
Rüfət Əhmədzadə vəfat etdi
22 Iyul 2026 07:40
Nabranda 18 yaşlı qız dənizdə batdı - Axtarılır
21 Iyul 2026 15:02
Kəlbəcərdə sursat partladı - Çoban xəsarət aldı
21 Iyul 2026 14:23
Sumqayıtda 7 gün əvvəl itkin düşən gəncin meyiti dənizdə aşkarlandı
21 Iyul 2026 12:05
"Şişi bədənimə saldığını hiss edirdim" - Qanunsuz estetik əməliyyat edilən qadın danışdı
21 Iyul 2026 10:44
Kanadada yaşayan azərbaycanlı gənc faciəvi şəkildə vəfat etdi
20 Iyul 2026 22:00
Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edildi
20 Iyul 2026 17:16


Bakı -°C

