“Gənc nəsil daha çox internetə meyl etsə də kitab oxuyanlar da çoxdur”
“Kitabxanaların məhdudlaşdırılması, urvatdan salınması yaxşı hal deyil. Kitabxanalar məscidlər qədər müqəddəsdir. Müasir mütərəqqi resurslar kitabın, kitabxananın yerini verə bilməz. Kitabxana məbəddir. Kitab ətri, kitabxana qoxusu, onun yaratdığı nostalji hisslər özü mənəvi - psixoloji yöndən tərbiyə, əxlaq, etika, esteka deməkdir”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
“Kitablar, kitabxanalar həm də mövcud olduğu yerin, məntəqənin, şəhərin tarixidir, yaddaşıdır, mədəniyyətinin tərkib hissəsidir. Əksinə rayonlarda, kəndlərdə kitabxanaları təmir etmək, zənginləşdirmək lazımdır.Kitabın, kağızın öz ruhu var, özünəməxsus cazibəsi, ecazı, təravəti var. Kitaba xor baxmaq keçmişə, tarixə, mədəniyyətə xor baxmaqdır.Gənc nəsil daha çox internetə meyl etsə də kitab oxuyanlar da çoxdur. Əsasən insanları kitabdan uzaqlaşdıran sosial problemlər, qayğılar olsa da savadlı, ziyalı təbəqə hələ də kitaba bağlıdır. Kitabxanaların hörmətdən salınması, kitabdan soyutmaq mədəni dəyərlərin tənəzzülüdür”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
02 Noyabr 2026 13:58
Oktyabrda hava iqlim normasından yuxarı olub
02 Noyabr 2026 12:58
Sabah Bakıda 23 dərəcə isti olacaq
02 Noyabr 2026 12:31
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə “Məhsul bayramı” keçirilib - FOTOLAR
01 Noyabr 2026 14:01
Leyla Əliyeva Payız festivalından paylaşım etdi
31 Oktyabr 2026 11:09
Şahdağa qar yağıb - Faktiki hava
31 Oktyabr 2026 00:08
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - VİDEO
30 Oktyabr 2026 17:13
Paytaxtın hansı ərazilərində evlər sökülə bilər? - AÇIQLAMA
30 Oktyabr 2026 16:04


Bakı -°C

