Piyadalar, diqqətli olun!
Hər bir piyadanın yol hərəkəti qaydalarına əməl etməsi öncə onun təhlükəsizliyini qoruyur! Və hamı da çox yaxşı bilir ki, əksər piyadalar yol hərəkəti qaydalarına düzgün riayət etmirlər .
Bu isə birmənalı olaraq onların həyatı üçün böyük təhlükələr yaradır. Məhz bunun nəticəsidir ki, Bakıda ölümlə nəticələnən piyadavurma halları son vaxtlar daha da artıb. Həmin hadisələrin baş verməsində həm sürücülərin, həm də piyadların günahları var. Bəs , bunların qarşısını almaq üçün hansı profilaktik tədbirlər həyata keçirilir? Bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsi mütəmadi olaraq təhlükəsizlik tədbirləri görür. Həmin tədbirlərindən biri də ölkə ərazisində iyunin15- dən 22-dək keçirilən " Piyadalar, diqqətli olun!" təhlükəsizlik həftəsidir.
Bu tədbirlərin keçirilməsi piyadalar arasında maarifləndirmə işlərinin aparılmasına, onların həyatını mövcud təhükədən xilas edilməsinə hesablanıb. Bunu görə də yol polisi bu istiqamətdə səmərəli fəaliyyət göstərməklə bir daha piyadaları yol hərəkəti qaydalarına əməl etməyə səsləyir. Aparılan profilaktik tədbirlər, izahat işləri heç şübhəsiz ki, baş verə biləcək piyadavurma hallarının aradan qaldırılmasında önəmli əhəmiyyət kəsb edir.Ələbəttə.bu tədbirin həyata keçirilməsində kütləvi informasiya vasitələri də yol polisinə kömək etməli, hərəkət iştirakçılarının maariflənməsinə öz köməkliyini göstərməlidir. Çünki hər şeyi yol polisinin öhəsinə buraxmaq özü də , bir məsuliyyətsizlikdir! Piyadavurma hallarının azaldılmasının yeganə bir yol var- sürücü, piyada və digər hərəkət iştirakçıları yol hərəkəti qaydalarına əməl etməlidir.
Əgər onlardan bir( sürücü, yaxud da piyada) yol hərəkəti qaydalarına əməl etmirsə, qəzalar qaçılmaz olur! Deməli, nə etmək lazımdır? Birmənalı olaraq sürücülər piyadalara, piyadalarsa, sürücülərə yol verməlidir. Bir də görürsən ki, piyada keçidində bir sürücü piyadaya yol verir, arxadan gələn sürücü araməsafəsi saxlamır və zəncirvari qəza baş verir!
Emil FAİQOĞLU


Bakı -°C

