Xəstəxanalarda qayda yaradılmalıdır...
Ölkəmizdə tibbi sığorta sisteminin tətbiq edilməs çox yaxşı və müsbət haldır. Ən azından ona görə ki, bütün pasiyentlər ildə iki dəfə pulsuz olaraq müayinədən keçir , müalicə olunur və lazım olanda cərrahiyyə əməliyyatları da olurlar.
Heç şübhəsiz ki, bunların hamısı təqdir olunası haldır. Heç kimə sirr deyil ki, əvvəllər insanlar maddı imkanları olmadığına görə və eləcə də müayinə , müalicə pullu olduğu üçün bu prosedurlardan keçə bilmirdilər. Amma indi həmin problemlər aradan qaldırılib. Bu məsələlər həllini tapsa da , başqa çətinliklər üzə çıxıb.
Yəni bütün xəstəxanalar, müalicə ocaqları eyni vaxtda sayı- hesabı bilinməyən xəstələri qəbul edir.Və orda o qədər insan olur ki, hər hansı bir müayinədən keçmək üçün 4-5 saat vaxt itirirsən . Həm bu növbələrdən xəstələr yorulur, həm də həkimlər! Bir çox halda gözləməkdən vəziyyətləri ağır olan pasiyentlərin səhhəti daha da ağırlaşır. Təbii ki, belə bir durumda xəstəxanlarda gərginlik yaşanır.
Ona görə də TƏBİB bu problemləri yoluna qoymalı, çıxış yolu tapmalı, insanların saatlarla vaxt itirməsinə , narahat anlar yaşamasına , əsəbləşməsinə şərait yaradan amilləri və ən nəhayət mövcud nöqsanları aradan qaldırmalıdır!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
27 Sentyabr 2026 16:34
Səhiyyə Nazirliyinin rəhbərliyi Zəfər parkını ziyarət edib - FOTOLAR
27 Sentyabr 2026 13:38
Xankəndidə Zəfər parkına yürüş - FOTOLAR
27 Sentyabr 2026 12:44
Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət ediblər - FOTO
27 Sentyabr 2026 12:11


Bakı -°C

