“O olan yerdə inkişaf, o olmayan yerdə tənəzzül var...”
“Fikrimcə Azərbaycan iqtisadiyyatının xidmət sektorunda ən sürətli inkişaf edən sahələrdən biri məhz səhiyyədir. Bəli, dövlət xəstəxanalarında xidmət keyfiyyəti, icbari tibbi sığortanın tətbiqi və digər istiqamətlər üzrə hələ də həllini gözləyən məsələlər var. Lakin ümumi mənzərəyə baxdıqda səhiyyədəki inkişaf dinamikası bir çox digər sahələri üstələyir”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov tibb işçilərinin peşə bayramı günü haqda danışarkən deyib.
“Bu inkişafı ölkəmizə müalicə üçün gələn xarici vətəndaşların sayının artmasında, müasir özəl klinikaların yaradılmasında, tibbi xidmət keyfiyyətinin yüksəlməsində, robot cərrahiyyəsinin, laparoskopik əməliyyatların, yüksək texnologiyalı diaqnostika və müalicə metodlarının geniş tətbiqində aydın görmək mümkündür. Bu inkişafın əsas səbəbi isə özəl səhiyyə sektorunda olan rəqabətdir. Klinikalar və həkimlər arasında formalaşan sağlam rəqabət xidmət keyfiyyətini yüksəldib, yeni texnologiyaların tətbiqini sürətləndirib və pasiyent məmnuniyyətini artırıb. Bəzən yüz səhifəlik proqramlardan, böyük subsidiyalardan, məaliyyə vəsaitlərindən daha güclü təsir göstərən məhz rəqabət mühitidir. O olan yerdə inkişaf, o olmayan yerdə tənəzzül var. Bir daha bütün tibb işçilərini peşə bayramı münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayıram”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
27 Avqust 2026 11:17
Azərbaycana bu iki ölkədən daha çox turist gəlir
27 Avqust 2026 10:44
“Azeri Light”ın bugünkü qiyməti açıqlandı
26 Avqust 2026 11:59
Dövlət xəttilə 238 milyon manat ipoteka krediti verilib
26 Avqust 2026 10:25
“Əgər Azərbaycan və Türkiyə istiqamətində dəmir yolları açılarsa...”
26 Avqust 2026 09:56
“Azərbaycan və Özbəkistan yeni bir ilkə imza atdılar”
26 Avqust 2026 09:42
Azərbaycan nefti bu gün də ucuzlaşdı
25 Avqust 2026 20:00
Ermənistana Azərbaycandan tranzitlə növbəti tədarük həyata keçirildi
25 Avqust 2026 15:19


Bakı -°C

