Əbülfət Mədətoğlu: Bu sabah xoşbəxtəm
Bu da bir sabahdı, güldü ömrümə
Gətirdi səni də özüylə birgə...
Sən imza atmısan mənim könlümə -
Onu darıxmağa qoyma, tez dur, gə..!
Qığılcım parlasın baxışlarımdan
Ovqatım durulsun yaz havası tək.
Ömrünə etdiyim dualarımdan -
Bir çələng alınsın - saz havası tək!
Sözlə cilalayım mən bu axarı
Heç kimin haqqına xələl vurmadan..
Qaldırım ruhumu yerdən yuxarı -
Gözündən bir gilə uzaq durmadan!..
Açılan sabahla xoşhal olur bəxt
Demək bu günüm də, yarıyacaqdı!
Özünü ən xoşbəxt sayır Əbülfət -
Saçını gözlərim darıyacaqdı!
Digər Xəbərlər
29 Noyabr 2026 19:28
Hələ böyüməyiblər - Tərlanə Yaqubqızı yazır
29 Noyabr 2026 12:47
Bir cüt ulduzlu paqon, bitməyən ata intizarı…
28 Noyabr 2026 17:30
O, bir də şeirin başına dönməyəcək... - Qulu AĞSƏS yazır
28 Noyabr 2026 12:21


Bakı -°C

