Bu gecədən hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 30-dan dekabrın 2-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən xəbərə görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında noyabrın 29-u axşamdan dekabrın 2-si axşamadək bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.
Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.
Digər Xəbərlər
29 Noyabr 2026 15:34
Sabahkı hava meteohəssas insanlarda narahatlıq hissi yarada bilər
29 Noyabr 2026 14:06
Bakıda keçirilən beynəlxalq konfrans və Qarabağ səfəri barədə - Videoçarxlar
28 Noyabr 2026 17:51
Şad xəbər: Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək
28 Noyabr 2026 13:02
Əhməd Vəliyev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
28 Noyabr 2026 12:25
Azərbaycanlılara şad xəbər: Şengen vizası asanlaşır
28 Noyabr 2026 12:14
“AzerGold” Daşkəsəndə Tədris Mərkəzi yaratdı
28 Noyabr 2026 09:43
“Prezidentin kitab çapına verdiyi dəstək oxucu ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi...”
27 Noyabr 2026 19:18


Bakı -°C

