“Prezidentin kitab çapına verdiyi dəstək oxucu ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi...”
“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Moskvada süni intellektə həsr olunmuş konfrans çərçivəsində məktəblilər və tələbələrlə görüşü zamanı maraqlı məsələyə toxunub: danışıb: "Gənclər arasında mütaliə vərdişini inkişaf etdirməyə kömək edəcəm.Vaxtilə bizdə məscid tikmək dəbdə idi. Mən isə hesab edirəm ki, kitabxanalar tikmək lazımdır”. Prezident qeyd edib ki, yaxın vaxtlarda “Oxuyan xalq” təşəbbüsü çərçivəsində Astana və Almatıda gecə-gündüz fəaliyyət göstərəcək prezident kitabxanaları açılacaq. Göründüyü kimi, dost ölkə olan Qazaxstanda Kitabxanaların sayının artırılması təklifi Prezdentdən gəlir. Yeni maarifçilik hərəkatı qaçılmazdır. Onlar Millətin intellektual inkişafına xidmət edəcək Milli Ensiklopediyamızın sanballı və məzmunlu çapına qəsd - qərəzlik etdilər. Ramiz Mehdiyev və Əli Həsənov ölkədə kitabxanalar və kitab mağazalarına qənim kəsildilər”
Adalet.az xəbər verir ki, bunu keçmiş millət vəkili Etibar Əliyev deyib.
O, bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı 30 dekabr 2007-ci il tarixli sərəncamı ilə dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”na daxil olunmuş əsərlərin siyahısını təsdiqlədi:
“Sərəncamda “Klassik dünya ədəbiyyatı”, “Müasir dünya ədəbiyyatı” və “Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərləri” bölmələri üzrə 125 adda əsərin, eləcə də dünya ədəbiyyatı üzrə 25 antologiyanın nəşri nəzərdə tutulmuşdur. Kitabların tirajı oxucu auditoriyası üçün yetərli idi...1 sentyabr 2018-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Kitab Mərkəzi" mədəniyyət və kitab satışı ocağının açılışı oldu. Mərkəz 2500 kv.m sahəni əhatə edir.Universallığı ilə seçilən bu Mərkəzin Bukinist bölməsi xüsusi olaraq diqqəti cəlb edir. Düşünürəm ki, belə funksional mərkəzlərin sayı artırılmalıdır.Tokayev "Prezident kitabxanaları" dedikdə kəmiyyət göstəricisini önə çəkir. Kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə təsiri mütləqdir. İdeyanın gözəlliyindən biz də bəhrələnə bilərik. Prezident İlham Əliyevin kitab çapına verdiyi dəstək oxucu ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi. Azərbaycanda Prezident Kitabxanalarının sayının artırılması vətəndaşların mütaliə mədəniyyətinə pozitiv təsir göstərəcək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
28 Noyabr 2026 12:25
Azərbaycanlılara şad xəbər: Şengen vizası asanlaşır
28 Noyabr 2026 12:14
“AzerGold” Daşkəsəndə Tədris Mərkəzi yaratdı
27 Noyabr 2026 19:18
Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub - FOTOLAR
27 Noyabr 2026 17:17


Bakı -°C

