"Ədalətli sülh bütün tərəflərin maraqlarına uyğundur" - Türkiyənin vitse-prezidenti
Azərbaycan və Ermənistan arasında ədalətli sülh bütün tərəflərin maraqlarına cavab verir. Mehriban qonşuluq və sərhədlərə hörmət hər bir dövlətin xeyrinə olacaq. Türkiyə Cənubi Qafqazda sülh, sabitlik və rifahı dəstəkləmək üçün addımlar atmağa davam edəcək.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Ağ evdə keçirilən üçtərəfli görüşü ilə bağlı şənbə günü, avqustun 9-da “NEXT Sosyal” sosial şəbəkəsində dərc olunmuş bəyanatında deyilir.
Cevdet Yılmaz Azərbaycan ilə Ermənistan arasında sülhə dair Birgə Bəyannamənin imzalanmasından məmnunluğunu ifadə edərək bildirib ki, bu sənəd regionda davamlı sülhün təmin edilməsi baxımından əhəmiyyətlidir.
O qeyd edib ki, Bakı ilə İrəvan arasında sülh bütün Qafqaz regionunda sabitlik və firavanlığın rəhnidir.
“Uzunmüddətli sülh Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinə də töhfə verəcək. Ticarət, investisiya mühiti, turizm, enerji, logistika və bir çox başqa sahələrdə yeni imkanlar açılacaq. Həm Şərqi Anadoluya, həm də bütün Türkiyə iqtisadiyyatına müsbət inkişaf stimulu verəcək”, -deyə vitse-prezident vurğulayıb.
Türkiyənin vitse-prezidenti erməni müxalifətinin müəyyən hissəsinin mövqeyinə baxmayaraq sülh tərəfdarı olan Ermənistanın Baş naziri Nikol Paşinyan haqqında da müsbət fikirlər səsləndirib.
C.Yılmaz bəyanatında qeyd edib: “Səyləri ilə prosesi bugünkü mərhələyə çatdıran Prezident İlham Əliyevə səmimi təşəkkürümü bildirirəm. Qardaş ölkə üçün kritik bir zamanda Azərbaycana strateji dəstək verən Prezident Rəcəb Tayyib Ərdoğana da minnətdarlığımı ifadə edirəm”.
Digər Xəbərlər
08 Dekabr 2025 22:24
İlham Əliyev və Peter Pelleqrini arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB + FOTOLAR
08 Dekabr 2025 22:18
Leyla Əliyeva Bakıda keçirilən beynəlxalq konfransda iştirak edib - FOTOLAR
08 Dekabr 2025 22:05
İlham Əliyev slovakiyalı həmkarı ilə Devin qəsrində - FOTOLAR
08 Dekabr 2025 22:00
Prezidentlər Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət etdilər - FOTOLAR
08 Dekabr 2025 21:45
Leyla Əliyeva ilə Əl Maktumun görüşü oldu - FOTO
08 Dekabr 2025 21:00
Leyla Əliyeva ICESCO-nun Baş direktoru ilə saziş imzaladı - FOTOLAR
08 Dekabr 2025 19:35
Sahibə Qafarova Abbas Əraqçi ilə görüşüb - FOTOLAR
08 Dekabr 2025 19:20


Bakı -°C

