Qəzzada ölənlərin sayı 66 mini keçib

İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində fələstinlilər arasında ölənlərin sayı 66 mini keçib.
Adalet.az-ın məlumatına görə, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.
"2023-cü il oktyabrın 7-dən bu yana ölənlərin sayı 66 005-ə çatıb və son 24 saat ərzində 79 nəfər ölüb", - nazirliyin açıqlamasında bildirilir.
Bundan əvvəl İsrail ordusu son 24 saat ərzində Qəzzaya təqribən 140 hava hücumu təşkil etdiyini bildirib.
Digər Xəbərlər

II Qareginin qardaşı "qara siyahı"ya salındı

"Politico": Ukrayna ABŞ ilə 90 milyard dollarlıq silah müqaviləsi bağlamaq istəyir

Lukaşenko NATO-nu hədələdi: Dərhal cavab veriləcək
