Rusiya 500 PUA, 40-dan çox raketlə vurdu - Zelenski

500-ə yaxın PUA və “Xəncər” də daxil olmaqla, 40-dan çox raketlə Rusiya Ukraynaya hücum edib. Hücum 12 saatdan çox davam edib.
Adalet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Əsas hücum Kiyev və ətraf rayonlar, həmçinin Zaporojye, Sum, Nikolayev, Çerniqov, Odessa və Xmelnitski vilayətləri olub. Çörək zavodu, şin zavodu, şəxsi və çoxmənzilli yaşayış binaları, mülki infrastruktur hədəfə alınıb. Bu alçaq hücum faktiki olaraq BMT Baş Assambleyası həftəsinin sonunda baş verdi və Rusiya öz real mövqeyini məhz belə bəyan edir. Moskva döyüşməyə və öldürməyə davam etmək istəyir və dünyanın yalnız ən sərt təzyiqinə layiqdir. Kreml enerji gəlirlərinə malik olduğu və kölgə donanması fəaliyyət göstərdiyi müddətcə bu müharibəni və terroru davam etdirməkdən faydalanır”, - Zelenski bildirib.
Digər Xəbərlər

Paşinyan Quterreşlə sülh sazişinin paraflanmasını müzakirə etdi

İrana yeni hücumlar olacaq - Lavrovdan ŞOK AÇIQLAMA

Ruslar yeni döyüşə hazırlaşırlar: Artıq Dnepr və Xersonda...

Ərdoğan Trampla Rusiya-Ukrayna müharibəsinə son qoyulmasını müzakirə edib

Hakan Fidan: Türkiyə və ABŞ ikitərəfli problemləri həll etmək istəyir

Ərdoğan: BMT Baş Assambleyasında Fələstinlə bağlı mühüm addımlar atılıb

Berbok və Mirzoyan Bakı-İrəvan sülh prosesini müzakirə edib
