Ərdoğan: BMT Baş Assambleyasında Fələstinlə bağlı mühüm addımlar atılıb

BMT Baş Assambleyasının bu ilki sessiyasında Fələstində ikidövlətli həllin təmin olunması üçün vacib addımlar atıldı.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın Baş naziri Pedro Sançeslə telefon danışığında deyib.
Onun sözlərinə görə, İsrail hökuməti hər addımı ilə sülh istəmədiyini göstərir.
Ərdoğan bildirib ki, Türkiyə İsrailin Qəzzaya hücumlarını dayandırmaq və sektora humanitar yardımın fasiləsiz axınının təminatı üçün səylərini davam etdirəcək.
Liderlər, həmçinin ikitərəfli, regional və digər beynəlxalq məsələlər barədə danışıblar.
Digər Xəbərlər

Berbok və Mirzoyan Bakı-İrəvan sülh prosesini müzakirə edib

KİV: İsrail Ordusu artıq Qəzza şəhərinin yarıdan çoxuna nəzarət edir

Türkiyə Milli Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı PAYLAŞIM

Paşinyan: Ermənistan-Azərbaycan münasibətlərində dönüş yaranıb

Zelenski: Ukrayna İsraildən iki "Patriot" hava hücumundan müdafiə sistemi alacaq

Rusiya Ukraynanın itkilərini yenilədi

Ərdoğan açıqladı: 64 milyard dollarlıq gəlir...
