Paşinyan: Ermənistan-Azərbaycan münasibətlərində dönüş yaranıb

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanla Bakı arasında münasibətlərdə əhəmiyyətli dinamikanın olduğunu açıqlayıb.
Adalet.az-ın məlumatına görə, o, bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında bildirib.
"Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə ratifikasiya edilib və ən yüksək hüquqi qüvvəyə malik olub", - o qeyd edib.
Paşinyan həmçinin vurğulayıb ki, tərəflər avqustun 8-də Vaşinqtonda paraflanan Sülh və Dövlətlərarası Münasibətlərin bərqərar olması haqqında Saziş üzrə razılığa gələ biliblər.
Digər Xəbərlər

Berbok və Mirzoyan Bakı-İrəvan sülh prosesini müzakirə edib

KİV: İsrail Ordusu artıq Qəzza şəhərinin yarıdan çoxuna nəzarət edir

Türkiyə Milli Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı PAYLAŞIM
