01 Sentyabr 2025 10:26
126
DÜNYA

Əfqanıstanda güclü zəlzələdə 622 nəfər həyatını itirib - YENİLƏNİB

Əfqanıstanda zəlzələ nəticəsində 622 nəfər həlak olub.

Adalet.az xəbər verir ki, 1 500-dən çox insan hadisə nəticəsində yaralanıb.

***

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 500-ə çatıb.

Adalet.az xəbər verir ki, bu barədə yerli mətbuat  məlumat yayıb. 

Yaralıların sayının min nəfəri keçdiyi bildirilir. 

 

***08:50

Əfqanıstanda zəlzələ nəticəsində azı 250 nəfər həyatını itirib. 

Adaket.az xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

Bildirilir ki, təbii fəlakət 500-dən çox insanın xəsarət almasına səbəb olub. 

 

***

Əfqanıstanın şərqində, Pakistanla sərhədə yaxın dağlıq ərazidə baş verən 6 bal gücündə zəlzələdən sonra yüzlərlə insanın öldüyü ehtimal edilir.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki,  bu barədə yerli rəsmilər məlumat yayıblar.

Güclü zəlzələ Cəlalabad bölgəsində yerli vaxtla gecə yarısı baş verib, lakin onun təsirləri 300 km-dən (186 mil) çox uzaqlıqda olan Pakistanın paytaxtı İslamabadda hiss olunub.

Almaniya Geologiya Elmləri Araşdırma Mərkəzi (GFZ) zəlzələnin 10 km (6,2 mil) dayaz dərinlikdə baş verdiyini bildirib. 

İlkin məlumata görə, indiyədək ən azı 20 nəfərin öldüyü təsdiqlənib. Lakin zəlzələnin ucqar bir kənddə baş verdiyindən daha çox insanın həyatını itirəcəyi ehtimal edilir.

Taliban hökuməti beynəlxalq yardım agentliklərini yardım göstərməyə çağırıb.