01 Sentyabr 2025 11:05
114
DÜNYA

ŞƏT-də sədrlik Qırğızıstana keçir

Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) sədrlik Qırğızıstana keçir.

Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tyantszində keçirilən sammitin yekun bəyannaməsində deyilir.

Sənəddə qeyd olunub ki, Qırğızıstan sədrliyi "ŞƏT-in 25 ili: birlikdə davamlı sülhə, inkişafa və rifaha doğru" şüarı altında keçiriləcək.

"ŞƏT-in üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının növbəti iclası 2026-cı ildə Qırğız Respublikasında keçiriləcək", - sənəddə bildirilib.