Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO

Laçın rayonunun Pircahan kəndindən olan Yusif Nəcəfov və həyat yoldaşı Bahar Nəcəfova Bakıdan Laçına piyada gediblər.
Adalet.az “teleqraf.com”a istinadən xəbər verir ki, cütlük Laçın erməni işğalından azad olunarsa, doğma yurdlarına piyada getməyi əhd edibmiş.
Məlumata görə, Y.Nəcəfov Əfqanıstan və Birinci Qarabağ müharibələrinin veteranıdır. 2010-cu ildə ailəsi ilə birlikdə Avropaya köçüb. Ailəlidir, iki övladı var.
Y.Nəcəfov və B.Nəcəfova əhdini yerinə yetirmək üçün Avropadan Azərbaycana qayıdıb. Onlar təxminən 418 kilometr məsafəni piyada qət edərək Laçına çatmağı bacarıblar.
Cütlüyün Laçına piyada yürüşü ilə bağlı videonu təqdim edirik:
Digər Xəbərlər

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar - FOTOLAR

Köhnə sənədlərlə daşınmaz əmlakın qeydiyyatı asanlaşdı

Polis sahilyanı ərazilərdə ətraf mühitin qorunmasına nəzarəti gücləndirib

Liderlər və qızları şəkil çəkdirdilər - VİDEO

Ədliyyə naziri İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi

Ombudsmana ən çox kommunallara görə müraciət edilib
