Eks nazir: "Paşinyan Qarabağdan gələn ermənilərə niyə ev tikmir?"

“Qarabağı könüllü tərk edən ermənilərin mənzillə təmin edilməsi proqramı tamamilə iflasa uğrayıb”.
Adalet.az xəbər verir ki, bu barədə Ermənistanın sabiq əmək və sosial işlər naziri , hazırda “Həyat üçün ölkə” partiyasının həmtəsisçisi Mesrop Arakelyan Facebook səhifəsində yazıb . O paylaşıməında qeyd edib ki, il yarımdan sonra 30 mindən çox ailənin yalnız 2%-i, 650 ailə evlə təmin olunmaq üçün arayış alıb, onlardan da yalnız 12 ailə faktiki olaraq ev alıb”.
Ermənistanın baş nazirini hədəf alan sabiq nazir onu qınayıb:”Nikol Paşinyan hökumətinin Qarabağdan gələn soydaşlarımıza münasibəti belədir. Aydındır ki, Nikol Paşinyan Qarabağla birlikdə təslim etməyi planlaşdırırdı, amma alınmadı. İndi bizim 100 mindən çox vətəndaşımız “yük” kimi müstəsna hörmətsizliyə məruz qalır.
Qarabağ sakinlərinin mənzillə təmin edilməsi dövlətimizin əsas prioritetlərindən biri olmalıdır ki, bunu bir neçə ay ərzində həyata keçirmək olar”.
Qeyd edək ki, ötən ilin yanvarında Ermənistanın Baş nazir Nikol Paşinyan Dağlıq Qarabağı könüllü tərk edib Ermənistana gedən ermənilərin mənzillə təminatı proqramını müzakirə etmək üçün böyük müşavirə çağırdı. Ermənistan höküməti sentyabr ayında keçirilən antiterror əməliyyatlarından sonra könüllü şəkildə Qarabağı tərk edən ermənilər üçün müxtəlif layihələr hazırladığını dedi.
Erməni mediasının yazdığına görə, hər bir Qarabağ ermənisinə 5 milyon dram (12.410 dollar) məbləğində sertifikatın ayrılması planlaşdırıldı ki, bu da yalnız mənzil alarkən istifadə olunacaq. Tutaq ki, bir ailədə 4 nəfər varsa, bu zaman həmin ailəyə 20 milyon dram (49,627 dollar) veriləcək. Bundan əlavə, həmin arayışlara əmsalların tətbiqi məsələsini də müzakirə edirlər.
Əntiqə Rəşid
Digər Xəbərlər

Ceyhun Bayramov BMT-nin Nayrobi ofisinin direktoru ilə görüşdü

Pezeşkian İranın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul etdi

"Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat

Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM

“Minifutbolçularımız Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazılan qələbəyə imza atdı”

"Azərbaycanın 2 dəfə çox əhalini yedizdirmək, geyindirmək potensialı var" - Deputat

MM-in növbədənkənar sessiyasının ilk iclası başladı
