Ekspert: “Bu, sərnişinlər üçün böyük dəyişiklikdir”
Son bir həftədə ölkə gündəmini zəbt edən məsələlərdən biri də ictimai nəqliyyatda gedişhaqqının artırılmasıdır. Ümumiyyətlə, qiymət artımı hər zaman əhali tərəfindən narazılıq doğursa da, aidiyyatı qurumlar bu artımın hansı səbəbdən baş verdiyini əsaslı izah etməyə çalışırlar.
Mövzu ilə bağlı Adalet.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov qiymət artımının yalnız müasir tələblərə cavab verən nəqliyyat vasitələri üçün keçərli olduğunu vurğulayıb:
“Qiymət artımı ilə bağlı onu demək olar ki, Bu işlərə birbaşa olaraq Tarif Şurası nəzarət edir. Ancaq görünür, burda bəzi məqamlar var ki, həmin məsələyə nəqliyyat sahəsinə cavabdeh qurum bu prossesləri həyata keçirir. Məsələ ondadır ki, bu gün Bakı şəhərində və bölgələr üzrə kifayət qədər daşınmanı həyata keçirən subyektlər var. Bu da o deməkdir ki, hansı ki kartla işləməyən avtobuslar var, onlar yenə də öz manevrlərini edəcəklər. Kartla işləməyən avtobuslar üçün qiymət dəyişməyəcək. Kartla fəaliyyət göstərən marşurtlar isə şəhər infrastrukturuna aiddir. Yəni burda məcbur deyil ki, kimsə gedib bahalı avtobus alıb, məkana gətirsin. Bu kimi amillər ölkədə bu və digər formada nəqliyyatda gedişlərin tənzimlənməsinə, gedişhaqqıların artmasına dəlalət edir. Burada əsas məsələ sərnişindaşımadır. Qiymət artımına əhalinin belə reaksiyası isə gözlənilən idi. Gündəlik ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün bu böyük dəyişiklikdir.Metroda da kifayət qədər rəqabət var, yəni tabelilik var. Demək olar ki, kifayət qədər yeni metrostansiyaların açılması gözlənilir. Bu sahədə də ciddi addımlar atılır. Ancaq effektivlik hələ çətindir”.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
10 Oktyabr 2026 13:59
Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama
09 Oktyabr 2026 17:11
Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib
09 Oktyabr 2026 11:32
Azərbaycanda orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb
09 Oktyabr 2026 11:08
Azərbaycan iqtisadiyyatı böyüyüb
09 Oktyabr 2026 11:03
“Türkmənistandan nə alırıq və qardaş ölkəyə nə satırıq?”
09 Oktyabr 2026 10:44
“Növbəti illərdə ticarət dövriyyəsinin artması üçün kifayət qədər əsas var”
08 Oktyabr 2026 23:35
Türkiyədən Zəngəzur dəhlizi ilə bağlı açıqlama...
08 Oktyabr 2026 14:11


Bakı -°C

