Ekspert: “Yeni ildə valideynlərin başı şou proqrama qarışanda uşaqları...”

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu məlumatından narazıyam, kifayət qədər yaxşı, ətraflı məlumatdır. Lakin bu zəruri olsa da, kafi deyil. Yazıda qeyd olunur ki, Yeni il hədiyyələri alarkən qidanın təhlükəsizliyini təmin edən sənədi tələb etsinlər. AQTA-lə mübahisələr zamanı bildirir ki, onlar sertifikat vermir. Onda istehlakçıya bir sənəd adı desinlər və o da onu tələb etsin. Məncə, belə bir sənəd yoxdur”
Bunu Adalet.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Ekspert daha sonra bunları əlavə edib:
“Yalnız AQTA-də reyestrə daxil olması barədə sənəd ola bilər və bu da müəssəsinin özündə olur. AQTA bu çatışmazlığı aradan götürsün, konkret sənəd adı desin, nümunəsin göstərsin. Təəssüf ki, elə bir şey yoxdur. Ona görə də biz istehlakçıları maarifləndirəndə deyə bilmirik ki, hansı sənədi tələb etsinlər. AQTA dəfələrlə qeyd edir ki, biz sertifikat vermirik. Bəs onda o sənədin adı nədir? Əlbəttə, zəruri məlumatlar verilib, onu da qeyd edim ki, bəzən bu Yeni il hədiyyələri milli dildə qutulanmış olur, bəzən də markalanmamış olur, bəzən isə İrandan gətirilmiş olur. Ümumiyyətlə, başa düşülən dildə deyil. Əlbəttə, Azərbaycan dilində yazılışı olmayan qutuları istehlakçılar almasınlar.
Yeni il şənliklərində bəzən valideynin başı qarışır şou proqrama uşaqlar isə qutudakı malları istehlak edirlər. İstehlakçı valideynlər, uşaqlarınıza diqqət yetirin, qutuları onlara verib, özünüz şou proqramda əylənməyin. Hansı qutular dükandan alınan zaman içinə baxmaq olursa, ona baxmaq lazımdır. Əgər tam yapışqanla yapışdırılıbsa, bu qutulardan kənar durun. Qutunun içindəki konfetlərin və kiçik şokoladların buraxılma tarixi və son yararlılıq tarixi olmur. Belə malları ümumiyyətlə insanlarımız istehlak etməsinlər. İstehlakçıların mağazadan aldıqları malın içərisinə baxmaq hüququ var və bundan da istifadə etsinlər. Bəzən Yeni il şənlikləri təşkil edən firmalar kütləvi sürətdə bu qutuları paylayır və Yeni il qurtarandan sonra Azad İstehlakçılar Birliyinə çoxsaylı şikayətlər daxil olur. Ona görə istehlakçıları bundan çəkinməyə çağırıram. Əgər problem olarsa, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “1003” qaynar xəttinə kassa çekini və malın nümunəsin saxlamaqla müraciət etmələrini tövsiyə edirəm”-deyə ekspert bildirib.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yeni il hədiyyə qutularını seçərkən diqqət olmağa çağırıb.
Vasif Əlihüseyn
Digər Xəbərlər
jpg-1755857341.jpg)
"Köçkünlər getsələr, Bakıda torpaq bahalaşmayacaq..."- Yalançılara CAVAB

Bu küçənin piyadalaşdırılmasına başlanılır

Şənbə günü hava necə olacaq?

İlham Əliyev və birinci xanım Ağdərədə sakinlərlə görüşdü - YENİLƏNİB + FOTOLAR

Kəlbəcərdə su elektrik stansiyalarının açılışı oldu - YENİLƏNİB + FOTOLAR

İlham Əliyev Kəlbəcər sakinlərinə mənzillərin açarlarını təqdim edib - YENİLƏNİB + FOTOLAR

Bilirsən, mən balınızı da təbliğ edirəm - Prezidentlə Kəlbəcər sakininin maraqlı dialoqu + FOTOLAR
