Elbrus zirvəsində 30-a yaxın şəxslə əlaqə itib
Rusiyada, Elbrus zirvəsində olan 25 nəfərlə əlaqə itib.
Adalet.az-ın məlumatına görə, həmin şəxslər Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupuna daxildir.
Qeyd olunur ki, onlar Elbrusda qalmış dörd turisti təxliyə etmək üçün zirvəyə qalxıb. Lakin onların gəldiyi helikopter texniki nasazlıqla əlaqədar sıradan çıxıb.
Hazırda dağdakı şəxslərlə əlaqənin olmadığı deyilir. Hava şəraiti sabitləşəndən sonra onların ardınca daha bir qrup xilasedicinin göndərilməsi planlaşdırılır.
Digər Xəbərlər
11 Sentyabr 2026 20:00
Tramp Səudiyyə Ərəbistanının həmin xahişini rədd edib
11 Sentyabr 2026 19:05
“Rusiya qazına alternativ axtarırıq” - Paşinyan
11 Sentyabr 2026 18:56
Britaniya Rusiyanın itkilərini açıqladı: Dəhşətli rəqəmlər
11 Sentyabr 2026 18:14


Bakı -°C

