Eldar Mansurovun oğluna yüksək vəzifə verildi
İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinə sədr təyin edilib.
Adalet.az Report-a istinadən xəbər verir ki, bu vəzifə Ülvi Mansurova həvalə olunub.
Qeyd edək ki, Ü.Mansurov 1983-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr dərəcələri, 2015-ci ildə isə Böyük Britaniyanın Vorvik Universitetinin Biznes Məktəbində MBA dərəcəsi alıb. 2013-cü ildə Azərbaycanda fəlsəfə doktoru, 2024-cü ildə isə Vorvik Universitetində biznes idarəçiliyi üzrə doktorluq dərəcəsinə yiyələnib.
Əmək fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankında (ABB) başlayıb və 2001-2012-ci illərdə ABB-də müxtəlif vəzifələrdə çalışıb.
2012-ci ildə “Bank Technique” ASC-nin İdarə Heyətinin sədri, 2015-ci ildə isə ABB-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.
2017-ci ildən “Azərpoçt” MMC-nin baş direktoru, 2018-ci ildən Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktoru, 2020-ci ildən bu təyinatadək isə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifələrində çalışıb.
Digər Xəbərlər
20 Yanvar 2026 09:50
Sahibə Qafarovadan 20 Yanvar faciəsinin ildönümü ilə bağlı PAYLAŞIM
20 Yanvar 2026 09:44
DYP-dən sürücülərə xəbərdarlıq
20 Yanvar 2026 00:00
20 Yanvar faciəsindən 36 il ötür
19 Yanvar 2026 23:38
Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi - FOTO
19 Yanvar 2026 17:29
“Yüksəliş” müsabiqəsinin qaliblərinin ÇİRES-ə səfəri baş tutub - FOTO
19 Yanvar 2026 17:27
Aytəkin Cəfərova yeni quruma keçdi
19 Yanvar 2026 17:14
"Qarabağ"ın oyunu ilə bağlı Bakı metropolitenində iş saatı uzadılacaq
19 Yanvar 2026 16:59


Bakı -°C

