adalet.az header logo
  • Bakı -°C
15 Mart 2023 10:08
710
HADİSƏ
A- A+

“Elə olurdu yataqda ona hər şey edirdim ki...”- Yaşlı kişiylə ailə quran qadının həyat hekayəsi...

Adalet.az-ın əməkdaşı “qadın taleyi” rubrikasında növbəti qadının həyat hekayəsini təqdim edir. Bu dəfə sizə Lalənin (adı şərtidir) həyat hekayəsini təqdim edəcəyik. 

Lalə özündən 20 yaş böyük şəxslə ailə həyatı qurub, iki övladı dünyaya gəlib və sonda boşanmalı olublar. Hər şeyi elə gəlin Lalənin öz dilindən eşidək. O, olanları bizə belə nəql edib:

“Orta məktəbi bitirdikdən sonra texnikumda təhsil alırdım. Gələcəyin ibtidai müəllimi olacaqdım. Texnikumun sonuncu kursunda mənə elçi gəldilər. Mənimlə ailə qurmaq istəyən adam uzun müddət Rusiyada yaşamışdı və bundan sonra ailə qurub Azərbaycanda yaşamaq niyyətində idi. Böyüklərin məsləhəti ilə biz ailə qurduq. Daha sonra yaşadığımız rayondan Bakıya köçdük”.


Elə oldu ki, davamız düşdü, məni döydü...”

“Heç bir problemimiz yox idi. Hamiləydim və məlum oldu ki, həyat yoldaşım başqa qadınlarla gəzir. Gecələr evə gec gəlirdi. İçki məclislərində olurdu. Ona görə də heç övladımın dünyaya gəlməsini istəmirdim. Nə boyda səhv etdiyimi bilirdim. Elə oldu ki, davamız düşdü, məni döydü və bətnimdəki uşağım tələf oldu. Onda sonra övlad istəmirdim. Amma böyüklərimiz bu işə qarışandan sonra boşanmaq niyyətindən daşındım”. 

“Elə olurdu ki, yataqda ona hər şey edirdim ki...”

“Ondan sonra bir qızım və oğlum dünyaya gəldi. Həyat yoldaşım işiylə bağlı Rusiyaya da gedib-gəlirdi. Elə olurdu ki, aylarla Rusiyada qalırdı. Övladlarımız böyük idi. Qızım indi artıq universitetin dördüncü kursunda, oğlum isə orta məktəbdə oxuyur. Üç il öncə yenə həyat yoldaşımın qadınlarla dolu maceraları başladı. Artıq bunu qəbul edə bilmirdim. Çox davalarımız olurdu. Elə olurdu ki, yataqda ona hər şey edirdim ki, başqa qadınlarla gəzməsin. Amma xeyri olmadı və bu dəfə böyüklərimiz istəməsə də boşanmağa qərar verdim. Boşandıq, birlikdə yaşadığımız evi satıb pulunu böldük. Özümə həyət evi aldım və övladlarımla orda yaşayıram. Keçmiş həyat yoldaşım isə yenə yaşamaq üçün Rusiyaya üz tutdu”. 

“Ailəmin dağılmamağı üçün mən də çox çalışdım...”

“İndi Bakıda ondan ayrılandan sonra yaşadığım  günləri ömrümdən sayıram. Sankı həbsxanadan azadlığa çıxmışam. Doğrudan da onunla birlikdə olanda yaşamamışam. Ayrılandan sonra artıq gördüm ki, işləməliyəm. Ona görə də bir müddət restoranda aşbaz köməkçisi işlədim. İndi isə işi öyrəndiyim üçün aşbaz işləyirəm. Qızım böyükdü, elçiləri gəlir. Oğlum isə hələ orta məktəbdə oxuyur. Heç bir qadına məsləhət görmürəm ki, özlərindən yaşca çox böyük kişilərlə ailə qursunlar. Vallah alınmır, yola getmirsən. Ailəmin dağılmamağı üçün mən də çox çalışdım, amma olmadı”. 

Vasif Əlihüseyn