Elektron siqaretlərlə bağlı qadağaların tətbiqi müddəti dəyişir
Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsinə dair qadağanın tətbiqi müddəti dəyişir.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin sabah keçiriləcək iclasında ikinci oxunuşda müzakirəyə çıxarılacaq “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, layihəyə əsasən, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir. Elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.
Milli Məclisin dekabrın 19-da qanun layihəsini birinci oxunuşda qəbul edib və həmin redaksiyada qanun qəbul olunacağı halda 2026-cı il fevralın 1-dən qüvvəyə minəcəyi əksini tapıb.
İkinci oxunuşda müzakirəyə təqdim edilən layihədə isə bu müddət 2026-cı il 1 aprellə əvəzlənir.
Qeyd edək ki, qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılan zaman parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qadağanın tətbiqi müddətinin dəyişdirilməsini təklif etmişdi.
Digər Xəbərlər
24 Aprel 2026 16:06
Vahid Ələkbərov rəsmilərlə Füzulidə - FOTO
24 Aprel 2026 15:32
Maşınları mülki şəxslər cərimələyib? - “AzParking”dən rəsmi açıqlama
24 Aprel 2026 15:14
Naxçıvana səfər edənlərin nəzərinə!
24 Aprel 2026 13:53
Prezidentin sərəncamı 2 minə yaxın şəxsə şamil olunacaq
24 Aprel 2026 13:25
Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edildi
24 Aprel 2026 12:38
Hərbi Prokurorluq və Milli Müdafiə Universiteti arasında memorandum imzalandı
24 Aprel 2026 12:27
Pərviz Şahbazovu Samir Şərifov əvəzlədi
24 Aprel 2026 11:57


Bakı -°C

