Ələsgər ƏLİOĞLU - Hekayələr

BALALARA HƏDİYYƏ
HƏRBİ QƏNİMƏTLƏR PARKINDA
Turqut babası ilə Hərbi Qənimətlər Pakına gəlmişdi. O, buradakı pulemyotlara, minamyotlara, tanklara, toplara, bir sözlə, bütün hərbi sursatlara çox maraqla tamaşa edirdi. Birdən o, babasına dedi:
-Baba, bu tanklardan birini mənə alarsan?
Baba gülümsəyə-gülümsəyə dilləndi:
-Əziz balam, bunların hamısı alınıb!
-Kim alıb ki, ay baba?
-İgid oğullarımız!
-Görəsən nə qədər pulla alıblar, ay baba?
-Pulla almayıblar, bala! Qanla alıblar,qanla! Sən də böyüyəndə əsgər gedərsən. Onda lazım gələrsə, tank da alarsan, lap top da!..
-Turqut şəstlə səsləndi:
-Alaram, baba, alaram! Lap hamısından da alaram!
10.09.2023
CƏBHƏDƏ QALAN ƏL
Cəbhədə sağ qolunu itirən Əzəmət ordudan tərxis olunduqdan sonra evə döndü. İlk görüşüb-öpüşdüyü də üç yaşlı qızı Dəniz oldu.Tezliklə qohum-qonşular da yığışıb onun görüşünə gəldilər...
Günlərin birində Dəniz atasından soruşdu:
-Ata, niyə məni bir əlinlə qucaqlayırsan?Axı həmişə ikiəlli qucaqlayardın... Bəs o biri əlin hanı? Belə heç xoşuma gəlmir...
Əzəmət kövrəlsə də özünü bir təhər ələ alıb qızına cavab verdi:
- O biri əlim cəbhədədir, qızım!..
-Niyə cəbhədə qoyub gəlmisən?
-Düşmənlərə qarşı döyüşür...
-Bəs haçan gələcək?
-Müharibə qurtaranda!..
Dəniz hər gün arzulayırdı ki, müharibə tez qurtarsın və atası da onu hər gün cütəlli qucaqlasın!..
13.09.2023
Digər Xəbərlər

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTOLAR

Müəllim qəlbində ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi...

Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır

Əlabbasın ‘Köhnə Kişi’ Povestinin Bəzi Linqvistik və Üslub Özəllikləri - Nazim Muradov yazır

ELXAN CALALOĞLUNUN ŞEİRLƏRİ
