Əli Əhmədov: "Qafqazda sülhün güclənməsi üçün real imkan yaranıb"
"Hazırkı beynəlxalq münasibətlər sistemi yeni dünya reallıqlarına lazımınca cavab verə bilmir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov “İctimai Bakıda diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda keçirilən beynəlxalq dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında dostluq inkişaf etdikcə hər iki dövlət beynəlxalq münasibətlər sistemində daha ciddi rol oynamaq imkanı qazanır:
"İki Dünya müharibəsindən sonra dünya nizamını möhkəmləndirmək üçün yaradılan beynəlxalq münasibətlər sistemi hazırda yeni dünya reallıqlarına lazımınca cavab verə bilmir. İstər Ukraynada, istərsə də Qəzzada gedən müharibələr, dinc sakinlərin öldürülməsi dünyada beynəlxalq münasibətlər sisteminin çökdüyünün bariz nümunəsidir. Ona görə də parlamentlərin rolunu artırmağa ehtiyac var".
Ə.Əhmədov bildirib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə təcavüzə qarşı ədalətli müharibə aparmaq nümunəsi göstərib:
"Nəticədə Qafqazda sülh və əməkdaşlığın güclənməsi üçün real imkan yaranıb. Türkiyə-Azərbaycan qardaşlığının möhkəmləndirilməsi üçün səylərin artırılmasına ehtiyac var".
Digər Xəbərlər
27 Dekabr 2025 11:40
“Dövlət qayğısı ölkədə sağlam həyat tərzinə və idmana marağı artırır”
27 Dekabr 2025 11:39
“Rusiya buna görə Azərbaycana kompensasiya ödəmir...” - Politoloq
26 Dekabr 2025 20:00
"Erməniəsilli şəxslərin azad olunmaları ilə bağlı qərarları bizə qəbul etdirmək mümkün deyil" - Nazir
26 Dekabr 2025 18:51
Patriarx Kirill İlham Əliyevi təbrik etdi
26 Dekabr 2025 18:23
Nazir "qara siyahı"ya salınan şəxslərin sayını açıqladı
26 Dekabr 2025 18:17
Prezident İrəvandakı konfransa qatılacaq? - AÇIQLAMA
26 Dekabr 2025 17:36
Milli Məclisin son iclasının gündəliyi açıqlanıb
26 Dekabr 2025 17:12


Bakı -°C

