Əli Əsədov BƏƏ-nin vitse-prezidentini təbrik edib
Baş nazir Əli Əsədov dekabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Maktuma təbrik məktubu ünvanlayıb.
Nazirlər Kabinetindən Adalet.az-a verilən xəbərə görə, məktubda bildirilir ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərini qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasibətləri, ortaq dini və mədəni dəyərlər birləşdirir.
Qeyd edilib ki, bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası əlaqələrin bu gün müvəffəqiyyətlə inkişaf etdiyi qeyd olunur, investisiya, iqtisadi-ticari, bərpaolunan enerji, turizm sahələrində əməkdaşlığın son vaxtlar genişlənməsi xüsusi vurğulanır.
Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin bir çox istiqamətlər üzrə yaxşı perspektivlərinin olduğu qeyd edilərək qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin bundan sonra da iki ölkənin xalqlarının rifahına töhfələr verəcəyinə əminlik ifadə olunur.
Digər Xəbərlər
28 Aprel 2026 19:46
Radikal dindarlıq və modern müharibələr... - Səxavət Məmməd yazır
28 Aprel 2026 19:27
Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü
28 Aprel 2026 17:49
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi
28 Aprel 2026 17:22


Bakı -°C

