Əli Əsədov daha bir qərar imzaladı
Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılmasının yeni qaydası təsdiqlənib.
Adalet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində fəaliyyətdə olan təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi qaydasını və vahid dövlət reyestrinin aparılması zamanı yaranan münasibətləri tənzimləyir.
Bu Qaydanın müddəalarına mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində təhlükə potensiallı obyektləri istismar edən hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət orqanları (qurumları) tərəfindən əməl olunmalıdır.
Obyektlərin təhlükə potensiallı obyektlər kateqoriyasına aid edilməsi “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi və vahid dövlət reyestrinin aparılması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi (bundan sonra – qeydiyyat məqsədilə daxil edilən obyektlərə dair Agentlik) tərəfindən həyata keçirilir.
Bu Qayda aşağıdakıları müəyyən edir:
-vahid dövlət reyestrinə məlumatlar və onların tərkibi;
- obyektlərin vahid dövlət reyestrinə daxil edilməsi ilə bağlı müraciətlərə baxılması qaydası. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada istismara qəbul edilən obyektlər onların istismarına başlanıldığı tarixdən ən geci 30 gün müddətində dövlət reyestrində qeydiyyatdan keçirilməlidir.
Obyektlərin vahid dövlət reyestrinə daxil edilən məlumatları “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq saxlanılır. Fərdi məlumatların vahid dövlət reyestrində toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
Digər Xəbərlər
13 Fevral 2026 22:41
"Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir" - Dövlət başçısı
13 Fevral 2026 22:35
"Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir" - Prezident
13 Fevral 2026 22:30
Prezidentin yerli kanallara müsahibəsinin tam mətni - VİDEO + YENİLƏNİB
13 Fevral 2026 21:40
"Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalayacaq" - Prezident
13 Fevral 2026 17:35
Ermənistanda seçki öncəsi müxalifət güclü deyil – Politoloq
13 Fevral 2026 16:57
İlham Əliyev Neçirvan Bərzanini Azərbaycana dəvət edib
13 Fevral 2026 16:56
Prezident Münxendə Neçirvan Bərzani ilə görüşdü - FOTO
13 Fevral 2026 15:15


Bakı -°C

