Əli Əsədov İqtisadi Şuranın iclasını keçirdi
İqtisadi Şuranın iclası keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində "Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup"u tərəfindən hazırlanan "Məhkəmə və hüquq" sahəsinə və "Dövlət satınalma prosedurları" sahəsinə dair sahibkarların qaldırdığı aktual məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə Azərbaycan Prezidentinin köməkçisi, İşçi Qrupun rəhbəri Natiq Əmirovun və Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədovun məruzələri dinlənilib.
İclasda təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və dəvət olunanlar Ali Məhkəmənin sədri İnam Kərimov, ədliyyə naziri Fərid Əhmədov, Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov çıxış ediblər.
Yekunda iclas iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlərin həlli istiqamətində müvafiq normativ-hüquqi aktların layihələrinə dəyişiklikləri hazırlayaraq hökumətə təqdim olunması barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.
Digər Xəbərlər
12 Noyabr 2026 21:00
İlham Əliyevlə Paşinyanın görüşü keçirilib - YENİLƏNİB -VİDEO
12 Noyabr 2026 18:36
Prezident Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB + FOTOLAR
12 Noyabr 2026 16:21
İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşdü - FOTO
12 Noyabr 2026 16:08
“Konstitusiyada dövlətin strateji fəaliyyət istiqamətləri tam əksini tapıb”
12 Noyabr 2026 15:20
İrlandiyanın Baş naziri İlham Əliyevi qarşıladı - VİDEO
12 Noyabr 2026 15:10
İlham Əliyev Dublində Zelenski ilə görüşdü - FOTOLAR+VİDEO
12 Noyabr 2026 14:31
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 14:10


Bakı -°C

