İran ABŞ ilə danışıqlarda öz şərtlərini diktə edir – Politoloq
“ABŞ İrana hücum edəcəksə, İran Bəhreynə və Birləşmiş Ərəb Əmirliklərinə birbaşa quru qoşunları ilə hücum edə bilər. İranın Bəhreyi işğal etməsi regionda eskalasiyanı genişlənməsinə gətirib çıxarması mümkündür. İran rejimi daxili vəziyyətdən arxayın olduğu üçün bu müharibəyə tam hazırlaşıb. Ona görə də müdafiədən hücuma keçəcək”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“ABŞ-nin İranda hərbi yolla rejimi deyişməsi mümkün görünmür. ABŞ Irana bağlı hərbi kampaniyası onunla atəşkəsə getməklə fiyaskoya uğradı. Əgər, hərbi əməliyyatlar bir neçə ay davam edərdisə, ölkədə çətin iqtisadi və sosial vəziyyət yaranacaqdı. D. Tramp bit növ atəşkəsə getməsi Tehranın nəfəs almasına və gücləndirilməsinə gətirib çıxardı. Çin və Rusiya İrana hərbi lojistika dəstəyi göstərməklə ABŞ Fars körfəzində strateji böhrana yuvarlayıblar. ABŞ və İran arasında aparılan danışıqlarda Tehran məğlub tərəf kimi deyil, qalib kimi masada əyləşərək öz şərtlərini diktə edir. Tərəflər siyasi iradə nümayiş etdirib, ortaq məxrəcə gələ bilərlər. Bunun üçün ABŞ İranın elmi məqsədlər üçün nüvəni zənginləşdirməsinə razı olmalıdır”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
12 Noyabr 2026 18:36
Prezident Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - YENİLƏNİB + FOTOLAR
12 Noyabr 2026 16:21
İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşdü - FOTO
12 Noyabr 2026 16:08
“Konstitusiyada dövlətin strateji fəaliyyət istiqamətləri tam əksini tapıb”
12 Noyabr 2026 15:20
İrlandiyanın Baş naziri İlham Əliyevi qarşıladı - VİDEO
12 Noyabr 2026 15:10
İlham Əliyev Dublində Zelenski ilə görüşdü - FOTOLAR+VİDEO
12 Noyabr 2026 14:31
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 13:34
"Təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir" - Sədr müavini
12 Noyabr 2026 12:20


Bakı -°C

