"Məktəblərdə vahid geyim formasının tətbiqi bir daha təsdiqlədi ki..." - Fazil Mustafa
“Dünyanın bir çox ölkələrində dini zəmində çox sayda münaqişələr olduğu halda, Azərbaycanda dini konfensiyaların sağlam və koordinasiyalı şəkildə fəaliyyət göstərməsi dövlət siyasətimizin ən böyük uğurlarından biridir”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
“Dini icmalara göstərilən dövlət dəstəyi yalnız ibadət və dini fəaliyyətlə bağlı təşkilati ehtiyacların qarşılanması kimi anlaşılmamalıdır. Dini maarifləndirmə, radikalizm və xurafata qarşı sağlam düşüncənin gücləndirilməsi bu sahədə mühüm vəzifələrdən biridir. Dövlətin dünyəvi xarakterinin qorunması ilə dini etiqad azadlığının təmin olunması bir-biri ilə təzad təşkil etmir. Əksinə, hüquqi dövlətin və sağlam ictimai münasibətlərin qarşılqılı tamamlayıcı prinsiplər əsasında qurulması olduqca vacibdir. Son həftələrdə baş verən məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı hadisələr bir daha təsdiqlədi ki, dünyəvi dövlət prinsiplərinin cəmiyyətdə sistemli təbliği və qorunması üçün də məqsədyönlü maliyyə mexanizmlərinin yaradılmasına ehtiyac var. Bu barədə də hökümət müəyyən addımların atılmasını təmin etməlidir”, - deyə deputat bildirib.
Digər Xəbərlər
12 Noyabr 2026 11:39
“Bu fon Ermənistan üzərində əlavə vaxt təzyiqi yaradır”
12 Noyabr 2026 11:29
“Tarix çətinliklərdən qorxmayanların, Zəfər milli iradəsinə sahib çıxanların əsəridir”
12 Noyabr 2026 11:17
Cavanşir Feyziyev: “COP-31 Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır”
12 Noyabr 2026 11:03
“Hindistan Rusiyanın ucuz neftindən imtina etmək istəmir”
12 Noyabr 2026 10:03
Bakı dünya liderlərini qəbul edəcək: Azərbaycanın yeni diplomatik hədəfləri
12 Noyabr 2026 09:13
Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım etdi
12 Noyabr 2026 00:11
Prezidentin sosial media hesablarında paylaşım edildi - FOTO
11 Noyabr 2026 20:02


Bakı -°C

