adalet.az header logo
  • Bakı -°C
12 Noyabr 2026 11:47
64
İQTİSADİYYAT
A- A+

“Bu, hüquqi sabitlik və iqtisadi azadlıqların möhkəmlənməsi ilə birbaşa bağlıdır”

“Bu gün Azərbaycan Respublikasının Konstitusiyası Günüdür. Müəllifi Ümummilli Lider Heydər Əliyev olan müstəqil Azərbaycan Konstitusiyasının qəbulu ölkəmizdə həm siyasi, həm də iqtisadi sistemin formalaşmasında dönüş nöqtəsi olub.Konstitusiyanın qəbulundan sonra ölkəmizdə iqtisadi islahatlar dərinləşib, özəl sektorun davamlı inkişafı təmin edilib”. 

Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. 

O, bildirib ki, son 31 ildə Azərbaycanın dövlət büdcəsi 50 dəfə artıb. 1995-ci ildə adambaşına düşən ÜDM 300 dollar idisə, 2025-ci ildə bu göstərici 7,6 min dollara yüksəlib:

“Beynəlxalq Valyuta Fondunun məlumatına görə, son 30 ildə adambaşına ÜDM-in artım tempinə görə postsosialist məkanında ən böyük sıçrayışı Azərbaycan nümayiş etdirib.Konstitusiyanın qəbul edilməsi mülkiyyət hüquqlarının qorunması və liberal iqtisadiyyatın inkişafı baxımından da həlledici addım olub. Əsas qanunumuzun təsiri ilə son 31 ildə Azərbaycan iqtisadiyyatına 360 milyard dollardan artıq sərmayə cəlb edilib. Bu, hüquqi sabitlik və iqtisadi azadlıqların möhkəmlənməsi ilə birbaşa bağlıdır. Bu gün artıq ölkənin bütün suveren ərazilərində vətəndaşların konstitusional hüquqları tam şəkildə qorunur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün ərazilərində konstitusional ədalət və hüquqi dövlət prinsipləri təmin olunub. Bu, tariximizdə yeni inkişaf mərhələsinin başlanğıcıdır”.

Vasif ƏLİHÜSEYN