"Təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir" - Sədr müavini
"Kadr hazırlığı bu gün bizim qarşımızda duran əsas prioritet istiqamətlərdən biri, bəlkə də birincisidir. Azərbaycanda təxminən 2500-ə yaxın məscid var. Amma bizim təyin edilmiş din xadimlərimizin sayı təxminən 1300 nəfərdir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.
"Bu isə o deməkdir ki, təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir. Bu gün təyinat alan din xadimlərimizin təxminən ən azı üçdə birinin nə ali, nə orta ixtisas dini təhsili yoxdur. Onu da qeyd edim ki, ölkədə xaricdə dini təhsil alıb gələnlərin sayı isə ən azı 3500 civarındadır", - deyə sədr müavini bildirib.
Digər Xəbərlər
12 Noyabr 2026 12:20
"Məktəblərdə vahid geyim formasının tətbiqi bir daha təsdiqlədi ki..." - Fazil Mustafa
12 Noyabr 2026 11:39
“Bu fon Ermənistan üzərində əlavə vaxt təzyiqi yaradır”
12 Noyabr 2026 11:29
“Tarix çətinliklərdən qorxmayanların, Zəfər milli iradəsinə sahib çıxanların əsəridir”
12 Noyabr 2026 11:17
Cavanşir Feyziyev: “COP-31 Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır”
12 Noyabr 2026 11:03
“Hindistan Rusiyanın ucuz neftindən imtina etmək istəmir”
12 Noyabr 2026 10:03
Bakı dünya liderlərini qəbul edəcək: Azərbaycanın yeni diplomatik hədəfləri
12 Noyabr 2026 09:13
Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım etdi
12 Noyabr 2026 00:11


Bakı -°C

