Əli Əsədov İran Prezidenti ilə görüşüb
Tehrana işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 31-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbriklərini Məsud Pezeşkiana çatdırıb.
Baş nazir cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Məsud Pezeşkiana təqdim edib.
Görüş əsnasında Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, qarşılıqlı maraq doğuran əməkdaşlığın bütün istiqamətlər üzrə gələcək perspektivləri müzakirə edilib.
Digər Xəbərlər
08 Aprel 2026 20:53
Litvanın Baş naziri Azərbaycana səfərə gəldi
08 Aprel 2026 20:31
“Sülh danışıqları bu faciələri unutmağımıza əsas vermir”
08 Aprel 2026 19:22
Əraqçi ilə Ceyhun Bayramov telefonla danışdılar
08 Aprel 2026 17:08
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə geniş tərkibdə görüş keçirib - YENİLƏNİB
08 Aprel 2026 16:59
ABŞ-İran müharibəsinin qalibi kimdir? - Elxan Şükürlü yazır
08 Aprel 2026 15:47
İlham Əliyev Pezeşkianı təbrik etdi
08 Aprel 2026 15:43
Böyük savaşlar arasında Qafqaz - Səxavət Məmməd yazır
08 Aprel 2026 11:39


Bakı -°C

