adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Sentyabr 2021 15:36
734
SİYASƏT

Əli Əsədov “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 21-də “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.

Nazirlər Kabinetindən Adalet.az-a bildirilib ki, görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə edildi.

“DP World” şirkətinin Azərbaycanda nəqliyyat, logistika və digər sahələrdə fəaliyyətinin perspektivləri müzakirə olundu.