Əli Əsədov Oljas Bektenovu təbrik edib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Oljas Bektenovu Qazaxıstanın Baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edib.
Adalet.az xəbər verir ki, Əli Əsədovun təbrik məktubunda Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırda yüksək səviyyədə olduğu vurğulanıb.
Qeyd edilib ki, iki ölkə arasındakı münasibətlər ortaq tarix, mənəvi və mədəni dəyərlərlə sıx bağlı olan Azərbaycan və Qazaxıstan xalqlarının iradəsini əks etdirir.
Məktubda qarşılıqlı etimad və dəstəyə əsaslanan siyasi dialoqun, eləcə də ticarət-iqtisadi, investisiya, nəqliyyat, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın ardıcıl şəkildə genişləndirilməsinin Azərbaycan-Qazaxıstan tərəfdaşlığının strateji xarakterini nümayiş etdirdiyi bildirilib.
Əli Əsədov Azərbaycan və Qazaxıstan dövlət başçılarının rəhbərliyi ilə iki ölkə arasında strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənəcəyinə, qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşəcəyinə əminliyini ifadə edib.
Digər Xəbərlər
16 Oktyabr 2026 20:26
“Bizim öz yolumuz var” - İlham Əliyev
16 Oktyabr 2026 19:19
İlham Əliyev paralimpiya hərəkatının iştirakçılarını TƏBRİK ETDİ
16 Oktyabr 2026 18:12
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
16 Oktyabr 2026 16:02


Bakı -°C

