Əli Əsədov qərar imzaladı

Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnaməyə dəyişiklik edilib.
Adalet.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının xarici dövlətdəki diplomatik nümayəndəliyinin tabeliyində olan Mədəniyyət Mərkəzi Azərbaycanın mədəniyyəti, tarixi, sosial, iqtisadi inkişafı, elmi-texniki və turizm potensialının təbliğini genişləndirmək məqsədilə Mədəniyyət Nazirliyinin və Xarici İşlər Nazirliyinin birgə təklifi və Nazirlər Kabinetinin vəsatəti əsasında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılacaq. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları müvafiq beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikasının Hökuməti ilə qəbul edən dövlətin hökuməti arasında diplomatik nümayəndəliyin tabeliyində Mərkəzin yaradılması və fəaliyyətinə dair bağlanılmış sazişi, habelə Mədəniyyət Nazirliyinin və Xarici İşlər Nazirliyinin əmr, sərəncam və göstərişlərini rəhbər tutur və qəbul edən dövlətin qanunvericiliyini nəzərə alır.
Digər Xəbərlər

Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında memorandum imzalanıb

Nazirlikdən gənc əsgər valideynlərinə çağırış

İlham Əliyev açılışda iştirak etdi - FOTOLAR

Heydər Əliyev Fondu "Bambino Gesu" xəstəxanası ilə anlaşma memorandumu imzalayıb

Qanunsuz tibb fəaliyyətinə qarşı mübarizə ilə bağlı ictimai müzakirə aparılıb - FOTOLAR

Bu marşrut üzrə əlavə qatar reysləri təyin edilib

Ordumuzda praktiki məşğələlər icra olunub - VİDEO
