Tramp ABŞ-də ukraynalı gənc qadının qatilinin edam edilməsini tələb edib

ABŞ Prezidenti Donald Tramp tramvayda vəhşicəsinə qətlə yetirilən 23 yaşlı ukraynalı İrina Zaruçukun qatilinə edam cəzası verilməsini tələb edib.
Adalet.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
“Ukraynadan Amerikaya sülh və əmin-amanlıq dalınca gələn gözəl gənc xanımı belə zorakılıqla öldürən heyvan tez (şübhə yoxdur!) mühakimə olunmalı və yalnız edam cəzasına layiq görülməlidir. Başqa variant ola bilməz!!!”, – Tramp bildirib.
Qeyd edək ki, Şimali Karolina ştatının Şarlotta şəhərində 23 yaşlı İrina Zaruçuk tramvayda bıçaqlı hücuma məruz qalaraq həyatını itirib.
Digər Xəbərlər

İsrail husilərin hökumət binasına zərbə ENDİRDİ

Paşinyan: Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var

Emin Ağalarovun Moskvadakı restoranları bağlanıb

Parisdə 183 etirazçı saxlanılıb

"Tramp atəşkəs üçün Rusiya və Ukraynaya təzyiq göstərir" - J.D.Vens

Baş katibdən Putinə xəbərdarlıq: Mesajım aydındır! - "Biz hazırıq"

Polşaya görə Şimali Atlantika müqaviləsinin 4-cü maddəsi tətbiq edildi
