Agentlikdən gəmilərə xəbərdarlıq

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.
Adalet.az xəbər verir ki, bununla bağlı, Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.
Xəbərdarlığa əsasən, sentyabrın 11-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi sentyabrın 14-ü gündüzədək davam edəcək.
Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 3.0-5.0 m. çatacağı proqnozlaşdırılır.
Digər Xəbərlər

Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında memorandum imzalanıb

Əli Əsədov qərar imzaladı

Nazirlikdən gənc əsgər valideynlərinə çağırış

İlham Əliyev açılışda iştirak etdi - FOTOLAR

Heydər Əliyev Fondu "Bambino Gesu" xəstəxanası ilə anlaşma memorandumu imzalayıb

Qanunsuz tibb fəaliyyətinə qarşı mübarizə ilə bağlı ictimai müzakirə aparılıb - FOTOLAR

Bu marşrut üzrə əlavə qatar reysləri təyin edilib
