Zərdabda 22 yaşlı qızı qaçıran şəxs həbs olundu

Sentyabrın 9-da Zərdab rayonunun kəndlərindən birində 22 yaşlı xanımın iradəsi əleyhinə evlənmək məqsədilə oğurlanması hadisəsi baş verib.
Adalet.az xəbər verir ki, Polis əməkdaşları tərəfindən cinayəti törədən şəxs — 1998-ci il təvəllüdlü İzzət Rəhmanoğlu saxlanılıb.
Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb. Adam oğurluğunda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Qeyd edək ki, oğurlanan şəxsin yeri müəyyən edilərək ailəsinə qaytarılması təmin olunub.
Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.
Digər Xəbərlər

Cinayətdə şübhəli bilinən 35 nəfər tutuldu

Polis 13 kq-dan artıq narkotik aşkarladı

Bakıya külli miqdarda narkotik vasitə gətirmək istəyən şəxs tutuldu - VİDEO

Avtoxuliqanlıq edib sosial şəbəkələrdə yayan şəxslər həbs edildi - VİDEO

Avtoxuliqanlıq edib sosial şəbəkələrdə yayan şəxslər həbs edildi

Polis Saatlıda əməliyyat keçirdi - Çinarə Astanova saxlanıldı

Gəncədə hava limanında 10 min manatlıq qızıl oğurlanıb
