Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizində, eləcə də xidməti əraziyə aid qoruq, milli park və su hövzələrində brakonyerliyə qarşı mübarizə tədbirləri davam etdirilir.
Adalet.az xəbər verir ki, idarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qızılağac Milli Parkının su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan İ.Əhmədov saxlanılıb. Baxış zamanı ondan müxtəlif növ balıqlar və qadağan olunmuş ov alətləri aşkarlanıb. Həyata keçirilən digər tədbir zamanı isə qeyd edilən qoruğun ərazisində qanunsuz ov edən E.Eynalov, R.Eynalov, E.Əzizov və İ.Eynalov da saxlanılıblar. Həmin şəxslərdən 4 ədəd müvafiq sənədləri olmayan ov silahı və qanunsuz ovlanmış 72 ədəd adı “Qırmızı Kitaba” düşən müxtəlif növ çöl quşu aşkarlanıb. Faktlarla bağıı araşdırma aparılır.
Su bioresurslarının mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə polis əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Digər Xəbərlər
08 Oktyabr 2026 09:29
Xaçmazda əməliyyat - İki nəfər həbs edildi
07 Oktyabr 2026 20:05
40 yaşlı kişi 24 yaşlı arvadını belə öldürüb - VİDEO
07 Oktyabr 2026 12:06
“Kriminal küçələrdən evlərə, ailələrin içinə sıçrayıb”
07 Oktyabr 2026 08:53


Bakı -°C

