Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb
Bu gün Baş naziri Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl Yəhya ilə görüşüb.
Adalet.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Təşkilata üzvlüyünün ölkənin rəqəmsal transformasiya gündəliyinin həyata keçirilməsi və müvafiq sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Azərbaycanda rəqəmsal transformasiyanın dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu bildirilib, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyi qeyd olunub.
Bu siyasətin praktiki nəticəsi olaraq rəqəmsal infrastrukturun inkişafı, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin gücləndirilməsi istiqamətlərində görülən işlər barədə məlumat verilib.
Görüşdə Azərbaycan və Təşkilat arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, müxtəlif istiqamətlərdə təcrübə mübadiləsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak edib.
Digər Xəbərlər
06 Oktyabr 2026 18:31
Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
06 Oktyabr 2026 17:00
Prezident Lord Anas Sarvarı qəbul etdi - YENİLƏNİB + FOTOLAR
06 Oktyabr 2026 16:05
"Kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident
06 Oktyabr 2026 15:55
Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət
06 Oktyabr 2026 15:35
Arzu Nağıyev: Korrupsiyaya qarşı mübarizədə yeni mexanizm yaradılır
06 Oktyabr 2026 15:10
Ceyhun Bayramov Arye Laytstounu qəbul etdi
06 Oktyabr 2026 13:31
Sahibə Qafarova PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib
06 Oktyabr 2026 11:43


Bakı -°C

