Xocalıda 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanlayan ata min manat cərimələndi
Xocalıda yeniyetmə qızını nişanlayan ata saxlanılıb.
Adalet.az Lent.az-a istinadən xəbər verir ki, 50 yaşlı Ağasəf Rzayev (şərti adla - red.) hüquq-mühafizə orqanlarına müraciət edərək 16 yaşlı qızının itkin düşdüyünü bildirib. Sonra izahatı alınarkən o, qızını mart ayında 30 yaşlı bacısı oğlu ilə nişanladığını deyib.
Fakt əsasında onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.
Ağasəf Rzayevin sözlərinə görə, sonradan bilib ki, qohum olduqları üçün qızı ilə bacısının oğlunun evliliyi mümkün deyil. O, etdiyi əməldən peşman olduğunu və ikinci qrup əlil olmasını deyib. Buna görə də barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin qərarı ilə A.Rzayev 1000 manat məbləğində inzibati qaydada cərimələnib.
Digər Xəbərlər
23 Noyabr 2026 22:37
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə - FOTOLAR
23 Noyabr 2026 14:59
Ayın 24-də 20 dərəcə isti olacaq - Proqnoz
23 Noyabr 2026 11:52
Boşanmaların sayına görə ilk sırada hansı rayon gəlir?
23 Noyabr 2026 10:45


Bakı -°C

