Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri Qiorqi Zakaraşvilini qəbul edib.
Adalet.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib, ona iki ölkə arasında münasibətlərin daha da inkişafı istiqamətində diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə iki ölkə arasındakı ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin, mövcud olan yüksək səviyyəli əlaqələrin ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığı vurğulanıb.
Görüş zamanı, Azərbaycan-Gürcüstan tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, müdafiə, və təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Qarşılıqlı etimada əsaslanan əlaqələrin regionun sabitliyi və inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önəmi qeyd olunub.
Tərəflər enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhlizin, həmçinin Qara dəniz sualtı elektrik enerjisi kabeli kimi "yaşıl enerji" layihələrinin regional və qlobal əhəmiyyətini qeyd ediblər.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə regionda yaranmış reallıqlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, habelə Azərbaycan-Ermənistan sülh və normallaşma prosesi barədə səfirə ətraflı məlumat verib.
Səfir Qiorqi Zakaraşvili səmimi qəbula görə təşəkkürünü bildirərək, bu vəzifədə xidmət etməyin onun üçün böyük şərəf və məsuliyyət olduğunu vurğulayıb. O, fəaliyyəti dövründə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
06 Oktyabr 2026 17:48
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb
06 Oktyabr 2026 17:00
Prezident Lord Anas Sarvarı qəbul etdi - YENİLƏNİB + FOTOLAR
06 Oktyabr 2026 16:05
"Kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident
06 Oktyabr 2026 15:55
Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət
06 Oktyabr 2026 15:35
Arzu Nağıyev: Korrupsiyaya qarşı mübarizədə yeni mexanizm yaradılır
06 Oktyabr 2026 15:10
Ceyhun Bayramov Arye Laytstounu qəbul etdi
06 Oktyabr 2026 13:31
Sahibə Qafarova PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib
06 Oktyabr 2026 11:43


Bakı -°C

