adalet.az header logo
  • Bakı -°C
18 Mart 2026 18:36
79
GÜNDƏM
A- A+

Əli Həşimli federasiya prezidenti seçildi

Martın 18-də “Azərbaycan Respublikası İdman Rəqsləri Federasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib.

Adalet.az xəbər verir ki, yığıncaqda keçirilən səsverməyə əsasən, Əli Həşimli federasiyanın yeni prezidenti seçilib. Etibar Məmmədov və Eşqin İsmailli vitse-prezidentlər, Tatyana Çernova və Elen Vladimirovna isə İdarə Heyətinin üzvləri seçiliblər. Eləcə də, Xanoğlan Meydanov Nəzarət-Təftiş Komissiyasına sədr, Səbinə Hüseynova və Lamiyə Quliyeva isə üzv seçiliblər.