"Əli Kərimli və ətrafı Prezidentdən üzr istəməlidir" - Deputat
"Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxarılması Prezident İlham Əliyevin diplomatik məharətinin ən böyük uğuru və onun zirvəsidir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib. O bildirib ki, bu, həm də 44 günlük Vətən müharibəsində şəhid vermədən Kəlbəcər, Laçın və Ağdamın işğaldan azad edilməsində özünü ifadə edən diplomatik nailiyyətin məntiqi davamıdır:
“Əvvəldən də dövlət başçısının siyasətini dərk edən və onla bərabər olan hər bir şəxs, Azərbaycan xalqının mütləq əksəriyyəti Vətən müharibəsindən sonra sülhməramlıların orada olmasını müvəqqəti hal kimi yanaşırdı. Əli Kərimli və onun ətrafında olanlardan fərqli olaraq, düşünürdük ki, İlham Əliyev ölkədə erməni separtizminə son qoymağı başlıca hədəf götürüb. Prezident də bu yolda ən müxtəlif üsullardan istifadə edərək hədəfə nail oldu. Bu gün Əli Kərimli və onun ətrafında olanlar əgər özlərində zərrə qədər ləyaqət hissi daşıyırlarsa, Prezidentin önündə baş əyərək ondan və Azərbaycan xalqından etmiş olduğu yalanlara görə üzr istəməlidir”.
Digər Xəbərlər
02 Oktyabr 2026 11:25
"Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik" - İlham Əliyev
02 Oktyabr 2026 11:22
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Azərbaycan lideri
02 Oktyabr 2026 11:21
"Bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil" - Prezident
02 Oktyabr 2026 11:21
"Xarici siyasətimizi elə qurmalıyıq ki..." - Prezident
02 Oktyabr 2026 11:09
"Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq" - İlham Əliyev
02 Oktyabr 2026 11:07
Prezident Azərbaycanın hərbi gücünün artırılmasından danışdı
02 Oktyabr 2026 11:06
"Azərbaycanı artıq orta güc dövləti sırasına daxil edirlər" - Prezident
02 Oktyabr 2026 11:05


Bakı -°C

