Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - YENİLƏNİB
Oktyabrın 2-də saat 10:20 radələrindən başlayaraq 21 nəfər (17 kişi cinsli, 4 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Adalet.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirirlib ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
***
12:12
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbində qeydə alınan zəhərlənmə hadisəsini dərhal nəzarətə götürərək araşdırmalara başlayıb.
Adalet.az xəbər verir ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür.
Aparılan ilkin araşdırmaların nəticələrinə görə, hadisəyə məktəbdə şagirdlərdən birinin təhsil müəssisəsinə gətirdiyi, istifadə müddəti bitmiş (vaxtı keçmiş) şirniyyat məhsulu səbəb olub.
Araşdırmalar davam edir. Görülən tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
***
11:24
Sumqayıtda 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə olub.
Adalet.az xəbər verir ki, ilkin məlumata görə, 14 şagird zəhərlənib.
Qeyd edilib ki, hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb edilib.
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, saat 10:20 radələrində 11 oğlan, 3 qız zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub: "Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir".
Digər Xəbərlər
25 Oktyabr 2026 15:36
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
24 Oktyabr 2026 15:38
Zığda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB
23 Oktyabr 2026 18:10
4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan
23 Oktyabr 2026 10:38
Reza Deqati YARALANDI
23 Oktyabr 2026 10:28
Traktorla 13 yaşlı velosipedçini vurub öldürdü
22 Oktyabr 2026 16:34
Azərbaycana qarşı təxribatla məşğul olan jurnalist həbs olundu
22 Oktyabr 2026 13:06
Bakıda avtobus sürücüsü sərnişinlə mübahisə etdi, hamını yolda saxladı
22 Oktyabr 2026 11:02


Bakı -°C

