adalet.az header logo
  • Bakı -°C
23 Oktyabr 2026 10:28
77
HADİSƏ
A- A+

Traktorla 13 yaşlı velosipedçini vurub öldürdü

Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Adalet.az xəbər verir ki, hadisə oktyabrın 22-si Neftçala-Salyan avtomobil yolunun rayonun Həsənabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Həsənov Fərhad Kamil oğlu idarə etdiyi traktorla velosipedlə hərəkətdə olan 2013-cü il təvəllüdlü Əsədli İbrahim Amil oğlunu vurub. Nəticədə, o aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.