Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı

FIFA referisi Əliyar Ağayev növbəti dəfə təyinat alıb.
Adalet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək “Ferensvaroş” (Macarıstan) – “Malmö” (İsveç) oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Noyabrın 28-də Budapeşt şəhərində yerləşən “Ferensvaroş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Digər Xəbərlər

Türkiyə Superliqasında "Qalatasaray" turu itkisiz başa vurub

Kurban Berdiyevə güzəşt edilmədi

PSJ Barkola ilə müqaviləni uzadacaq

Messi Avropa klublarına qayıtmayacaq

Konfrans Liqasında yarımfinalçılar bəlli oldu

"Atletiko Madrid" Qrizmannla yeni müqavilə İMZALAYACAQ

UEFA Çempionlar Liqası: "Real" mübarizəni dayandırdı, "Arsenal" və "İnter" yarımfinalda
